AZ

Trampdan şok qərar: Təhsil nazirliyi ləğv edilir

ABŞ prezidenti Donald Tramp martın 20-də Təhsil Nazirliyinin ləğv edilməsi ilə bağlı sərəncam imzalayacaq. Bu barədə “The Wall Street Journal” (WSJ) Ağ Evə istinadən məlumat yayıb.


Nəşr qeyd edib ki, Konqresin təsdiqi olmadan Təhsil Nazirliyinin bağlanması və ya onun funksiyalarının başqa təşkilatlara verilməsi cəhdləri prezidentin ofisi üçün hüquqi problemlər yarada bilər.

Milli Təhsil Assosiasiyasının prezidenti Bekki Prinql "Wall Street Journal"a bildirib ki, qurumun bağlanması əmri siniflərin tutumunu artırmaq, karyera hazırlığı proqramlarını azaltmaq, ali təhsili daha bahalı və adi insanlar üçün əlçatmaz etməklə tələbələrə zərər verəcək.

Tramp administrasiyasının Təhsil Nazirliyini ləğv etmək planları hələ fevralın əvvəlində bildirilmişdi. Jurnalistlər qeyd ediblər ki, Trampın birinci prezidentliyi dövründə o artıq Təhsil Nazirliyini Əmək Departamenti ilə birləşdirməyi təklif etmişdi. Lakin Konqres buna qarşı çıxıb.

Tural

Seçilən
139
12
news365.az

10Mənbələr