Tramp bu gün seçkiqabağı vədlərindən biri olan Təhsil Departamentini ləğv etmək üçün sərəncam imzalayacaq.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Harrison Fields məlumat verib.
"Bu sərəncam təhsilə nəzarəti valideynlərin, ştatların və yerli icmaların öhdəliyinə verəcək", - deyə Fields bildirib.
Ağ Evdəki mərasim respublikaçı qubernatorlar, təhsil rəsmiləri və məktəblilərin iştirakı ilə keçiriləcək.
Bizim.Media