AZ

Tramp Təhsil nazirliyini ləğv edir

ABŞ prezidenti Donald Tramp bu gün Birləşmiş Ştatların Təhsil Departamentinin ləğvi prosesinə başlamaq üçün fərman imzalamağa hazırlaşır. 

Paralel.az CNN-ə istinadən  xəbər verir ki, bu addım əsas kampaniya vədinin yerinə yetirilməsinin başlanğıcı olacaq.
Nəşrin yazdığına görə, Tramp bu addımı martın 20-də Ağ Evdə atmaq niyyətindədir.
Xatırladaq ki, bir həftə əvvəl ABŞ-ın təhsil naziri Linda Makmahon nazirliyin işçilərinin demək olar 50%-nin ixtisar edildiyini açıqlayıb. Mətbuat bunun nazirliyin bağlanması istiqamətində ilk addım olduğunu qeyd edib.

Mürtəza
Paralel.az

Seçilən
151
4
paralel.az

10Mənbələr