AZ

“Kristal Abşeron 1” yenə yandı

Xırdalanda “Kristal Abşeron 1” yaşayış kompleksində olan binaların birində yanğın başlayıb.

AzPost-un xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

FHN-in mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:

“Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək”.

Seçilən
53
5
azpost.info

10Mənbələr