AZ

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binaların birində yanğın qısa vaxtda məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yaşayış binasında baş verən yanğın qısa müddətdə məhdudlaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb.

***

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binaların birində yanğın başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

FHN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".

Seçilən
38
10
operativmm.az

10Mənbələr