Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksindəki binaların birində yanğın başlayıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
FHN Mətbuat xidmətindən bildirilib ki, qurumun 112 “qaynar xətt”inə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: “Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək”.
***
FHN-dən bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq ətrafa yayılmasının qarşısı alınıb.