AZ

Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı baş tutub

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, tərəflər Ermənistan - ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistanın hökumət başçısı ABŞ-ın dövlət katibini "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında" razılaşmanın layihəsinin razılaşdırıldığı danışıqlar prosesi barədə məlumatlandırıb.

O qeyd edib ki, sənəd imzalanmasını gözləyir.

Seçilən
117
9
aznews.az

10Mənbələr