AZ

Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı baş tutub

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
 
APA xəbər verir ki, tərəflər Ermənistan - ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar.
 
Ermənistanın hökumət başçısı ABŞ-ın dövlət katibini "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında" razılaşmanın layihəsinin razılaşdırıldığı danışıqlar prosesi barədə məlumatlandırıb.
 
O qeyd edib ki, sənəd imzalanmasını gözləyir.
 
Tərəflər eyni zamanda Ermənistan və ABŞ arasında təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Seçilən
52
9
moderator.az

10Mənbələr