AZ

Paşinyan ilə ABŞ dövlət katibinin telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar.

 

Ermənistanın hökumət başçısı ABŞ-ın dövlət katibini "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında" razılaşmanın layihəsinin razılaşdırıldığı danışıqlar prosesi barədə məlumatlandırıb.

 

O qeyd edib ki, sənəd imzalanmasını gözləyir.

 

Tərəflər eyni zamanda Ermənistan və ABŞ arasında təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Seçilən
52
9
sfera.az

10Mənbələr