AZ

"Bavariya" daha bir müdafiəçisini itirdi

style='margin-bottom:10px;'>

"Bavariya"nın daha bir futbolçusu sıradan çıxıb.

QOL.az klubun rəsmi sayrına istinadən xəbər verir ki, Dayot Upamekano zədələnib.

Fransa millisinin heyətində dizindən zədə alan müdafiəçinin bir neçə həftə meydana çıxa bilməyəcəyi açıqlanıb. Almaniya mətbuatı onun ən azı 1 ay oynaya bilməyəcəyini yazıb.

Xatırladaq ki, Münhen klubunun daha bir müdafiəçisi Alfonso Deyvis isə Kanada millisinin düşərgəsində zədələnib. Çarpaz bağından zədə alan futbolçu təxminən 6 ay meydana çıxa bilməyəcək.

Seçilən
188
5
teleqraf.com

6Mənbələr