AZ

Mövsümü erkən başa vurdu

Alfonso Devis növbəti dəfə sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın futbolçusu üçün mövsüm erkən başa çatıb.

Kanada millisinin 24 yaşlı müdafiəçisi KONKAKAF Millətlər Liqası çərçivəsində ABŞ-la matçda (2:1) zədə alıb. “Bild”in məlumatına görə, Alfonso zədə səbəbindən təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Devis Almaniya bundesliqasının cari mövsümündə 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Seçilən
154
1
football-plus.az

6Mənbələr