“Bavariya”nın və Kanada millisinin müdafiəçisi Alfonso Devis ağır zədə alıb.
Publika.az xəbər verir ki, Devis KONKAKAF Millətlər Liqasında 3-cü yer uğrunda ABŞ-la oyunda (2:1) zədələnib.
O, matçın 12-ci dəqiqəsində meydanı tərk edib.
“Bavariya” Devisin sağ dizindəki çarpaz bağın yırtıldığını və müdafiəçinin bu gün əməliyyat olunacağını açıqlayıb.