Dorival Junior futbol üzrə Braziliya millisi komandasının baş məşqçisi postunu tərk edib.
Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi xəbərinə görə, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) saytında məlumat verilib.
"Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF ona əvəz axtaracaq", - deyə məlumatda bildirilib.
Dorival Juniorun işdən çıxarılmasına 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya böyükhesablı (1:4) məğlubiyyəti olub. Braziliya hazırda turnir cədvəlində dördüncü yerdədir.
62 yaşlı Junior 2024-cü ilin yanvarında Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçmişdi.
"Cebheinfo.az"