AZ

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Dorival Junior istefaya göndərilib

Dorival Junior Braziliya millisi komandasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti məlumat yayılıb.

Təcrübəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma şəklində xitam verilib.

Komandanın rəhbərliyi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Artıq, yeni baş məşqçi axtarışına da start verilib.

Qeyd edək ki, bu ay iki yoldaşlıq görüşü keçirən Braziliya millisi Kolumbiyanı 2:1 məğlub etsə də, Argentinaya 1:4 hesabı ilə məğlub olub.

Seçilən
325
35
apa.az

10Mənbələr