AZ

Tramp Putinə qəzəblənib, Rusiyanı yeni tariflərlə hədələyib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.

APA xəbər verir ki, bu barədə Tramp “NBC News”-a müsahibəsində deyib.

Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.

“NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:

“Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.

Seçilən
58
7
apa.az

10Mənbələr