AZ

Tramp Putinə qəzəbləndi, Rusiyanı yeni tariflərlə hədələdi

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.

 

Bu barədə Tramp “NBC News”-a müsahibəsində deyib.

 

Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib. “NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:

 

“Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.

 

"Bu o deməkdir ki, əgər siz Rusiyadan neft alırsınızsa, ABŞ-da bizneslə məşğul ola bilməzsiniz. Rusiya neftinə təqdim ediləcək tariflər 25 faizdən 50 faizə qədər olacaq", - deyə ABŞ Prezidenti vurğulayıb.

 

APA

Tarix: 30 Mart 2025, 20:20   
Seçilən
21
7
pravda.az

10Mənbələr