AZ

Tramp Putinə qəzəblənib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “NBC News”-a müsahibəsində deyib.

Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.

“NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:

“Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.

"Bu o deməkdir ki, əgər siz Rusiyadan neft alırsınızsa, ABŞ-da bizneslə məşğul ola bilməzsiniz. Rusiya neftinə təqdim ediləcək tariflər 25 faizdən 50 faizə qədər olacaq", - deyə ABŞ Prezidenti vurğulayıb.

Bizim.Media

Seçilən
39
7
bizim.media

10Mənbələr