Hollandiya bu il Ukraynaya təxminən 2 milyard avro dəyərində hərbi yardım göstərməyi öhdəsinə götürüb. Bunun 500 milyon avrosu pilotsuz uçuş aparatlarının istehsalına sərf olunacaq.
Editor.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O, işgüzar səfəri çərçivəsində Kiyevə getdiyini və Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşdüyünü bildirib.
“Mən ona (Umerov – Gazeta.Ru) 2025-ci ildə 2 milyard avroluq yardım paketimiz haqqında məlumat verdim. Bizim “PUA xətti” üçün ayırdığımız 500 milyon avro çox vacibdir: Ukraynanın təcili olaraq Rusiyanı cəbhə xəttində dayandırmalı olduğu PUA-lar”, – Brekelmans yazıb.
Bloomberg-in 23 mart tarixli xəbərində mənbələrə əsaslanaraq, Amerika rəsmilərinin atəşkəs sazişinin imzalanmasına hazırlıq çərçivəsində Kiyevə silah daşınmasına məhdudiyyət qoymadığı bildirilib.
//Gülnarə Abasova, Editor.az