Hollandiya PUA-ların istehsalının inkişafı üçün Ukraynaya 500 milyon avro ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Hollandiyanın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans məlumat yayıb.
"Ukraynaya təcili olaraq Rusiyanı cəbhə xəttində dayandırmaq üçün dronlara ehtiyac var", – o, Kiyevdə ukraynalı həmkarı Umerovla görüşdən sonra X-də yazıb.
Qeyd edilib ki, dron istehsalı layihəsinin 500 milyon məbləğində maliyyələşdirilməsi Hollandiyanın bu il Kiyevə ayırmaq niyyətində olduğu Ukraynaya 2 milyard avroluq yardım paketinə daxildir.
Bizim.Media