AZ

Ukrayna və Niderland müdafiə sahəsində əməkdaşlıqlarını dərinləşdirir

Ukraynanın müdafiə naziri Rüstəm Umerov və Niderlandın müdafiə naziri Ruben Brekelmans Kiyevdə keçirilən görüşdə müdafiə tədarükü sahəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına dair niyyət məktubu imzalayıblar.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu sənəd Ukrayna Müdafiə Qüvvələrinin gücləndirilməsinə və cəbhə xəttində hərbi qulluqçuların dəstəyinin yaxşılaşdırılmasına yönəlib.

“Niderland Ukraynanı bütün səviyyələrdə ardıcıl olaraq dəstəkləyən strateji tərəfdaşdır: siyasi, diplomatik və hərbi. Niderland əlavə 3.5 milyard avro ayırıb ki, bunun da əhəmiyyətli hissəsi 2025-ci ilin sonuna kimi Ukraynaya təhlükəsizlik yardımı göstərməyə yönəldiləcək”, – deyə R.Umerov bildirib.

Seçilən
53
21
poliqon.az

10Mənbələr