1 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında Aprel döyüşləri başlayıb. Dördgünlük döyüşlər zamanı düşmən xeyli itki verdi, işğalçının çoxlu hərbi texnikası sıradan çıxarıldı.
Təəssüf ki, Azərbaycan ordusu da aprel zəfəri zamanı şəhidlər verdi.Döyüşlərdə işğaldan azad etdiyimiz ərazilər:
Tərtər rayonu – Talış kəndi ətrafındakı yüksəkliklər;
Tərtər rayonu – Seysulan kəndi;
Cəbrayıl rayonu – Lələ təpə yüksəkliyi;
Cəbrayıl rayonu – Cocuq Mərcanlı kəndi tam hissəsi;
Goranboy rayonu – Gülüstan kəndi tam hissəsi;
Tərtər rayonu – Madagiz kəndi istiqamətində yollar
Bəs, aprelin 1-də dünyada daha hansı hadisələr baş verib?
1.1 aprel 1808- ci ildə Finlandiya Rusiya imperiyasına birləşdirildi.
1916-cı il aprelin 1-də türk xalqının cəsur sərkərdəsi Mustafa Kamal Atatürkə general rütbəsi verilib. Atatürkün komandanlıq etdiyi qoşunlar Türkiyənin azadlığı uğrunda aparılan bütün döyüşlərdə böyük rəşadət göstəriblər.
3. 1 aprel 1928-ci ildə İsveçrədə həllolunan qəhvənin təntənəli təqdimatı keçirilib. Kofenin 1899-cu ildə yaponiyalı Satori Kato tərəfindən kəşf edilməsinə baxmayaraq, məhz həmin təqdimatdan sonra bu içki dünyada məşhurlaşıb.
4. 1 aprel 1955-ci ildə Kiprdə Türk Müqavimət Təşkilatı fəliyyətə başladı.
5. 1 aprel 1970-ci ildə Riçard Nikson ABŞ-da televiziya və radioda tütün məhsullarının reklamını qadağan edən fərman imzaladı.
6. 1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən “Apple” şirkəti yaradıldı.
7. 1 aprel 1979-cu ildə İran İslam Respublikasının yaradıldığını elan edildi.
8. 1 aprel 1992-ci ildə Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulub.
9. 1 aprel 2004-cü ildə Geogle şirkəti Gmail elektron poçt xidmətini yaratdığını elan etdi.
10. 1 aprel 2009-cu ildə Xorvatiya və Albaniya NATO-ya qəbul edildilər.
11. Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı Axmaqlar bayramı kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart Aldatma günüdür. 1 Aprel Gülüş Günü ənənəsinə görə, bu gün hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.
Aprelin 1-də bu şəxsiyyətlər xatırlanır.
1. 1 aprel 1885-ci ildə, Azərbaycan hüquqşünası və dövlət xadimi Məmməd Yusif Cəfərov anadan olub.
1 aprel 1954-cü ildə opera müğənnisi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski vəfat edib. O Dahu Üzeyir Hacıbəylinin xalası oğlu idi. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri olub.
3. 1 aprel 1980-ci ildə SSRİ və Azərbaycan SSR xalq artisti, görkəmli aktyor İsmayıl Dağıstanlı vəfat edib.
4. Azərbaycan polis starşinası, Milli Qəhrəman Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə anadan olub.
5. 1 aprel 1975-ci ildə Azərbaycanlı polkovnik, Milli Qəhrəman Şükür Həmidov anadan olub.
6. Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Xalq şairi, Əməkdar İncəsənət xadimi Rəsul Rza 1 aprel 1981-ci ildə dünyasını dəyişib.
7. 1 aprel 1997-ci ildə Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalov anadan olub.
Surxay Atakişiyev, Bizim.Media