3 aprel Bnəlxalq Mobil Telefon Günüdür. 1974-cü ilin bu günü mobil telefon vasitəsilə ilk dəfə zəng edilib. Mobil telefonla ilk zəngi edən Martin Kuper adlı şəxs olub.
Bəs, aprelin 3-də dünyada daha hansı hadisələr olub?
1. 1906-cı ilin 3 aprelində Lümyer qardaşları rəngli fotoşəkil icad ediblər.
2. 3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi. Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu.
3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi. Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu.
4. 3 aprel 1945-ci ildə sovet qoşunları Macarıstanın paytaxtı Budapeştə daxil oldu, ağır döyüşlər nəticəsində işğalçı faşistlər geri çəkldilər. Qeyd edək ki, bu illərdə Avropanın faşist işğalı olan hər yerində milli azadlıq hərəkatı geniş vüsət almışdı.
5. 3 aprel 1948-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Harri Trumen (Harry Truman) iqtisadi yardımları əhatə edən Marşal Planını imzaladı. İkinci Dünya Müharibəsindən sonra iqtisadi böhrana girən bəzi ölkələrə dəstək məqsədilə təşkil olunan iqtisadi yardım paketindən, aralarında Türkiyənin də olduğu, 16 dövlət istifadə edib.
6. 2018-ci ilin 3 aprelində Türkiyənin ilk nüvə enerji təməli ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə atıldı.
7. 2009-cu ilin bu günündə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu”nun yaradılması haqqında Fərman imzalayıb. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.
3 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Bu gün Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür. 1839-cu ildə Gəncədə doğulan Ələkbər Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb. Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə ümumi səfərbərlik keçirib, müdafiə dəstələrinə rəhbərlik edib. Erməni terroru barədə mətbuatda çoxsaylı məqalələrlə də çıxış edən Ə.Rəfibəyli həm də Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən biridir. O, 1919-cu ilin 3 aprelində dünyasını dəyişib (1839-1919).
2. 3 aprel 1908-ci ildə Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.
3. 3 aprel 1922-ci ildə tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.
4. 3 aprel 2008-ci ildə Əməkdar artist Şəfiqə Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində (“Arşın mal alan” - Asya, “Sevil” - Gülüş) çıxış edib, Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Görüş” və s. filmlərdə çəkilib.
5. 2015-ci ilin bu günündə Türk pop müğənnisi və bəstəkarı Kayahan Açar uzunsürən xəstəlikdən sonra vəfat edib (1949-2015). O, “Canımın yarpakları”, “Emrin olur”, “Gönül sayfam”, “Ne oldu can” və digər albomlarındakı bir-birindən gözəl mahnıları ilə yüz minlərlə insanın sevgisini qazanıb.
Surxay Atakişiyev, Bizim.Media