AZ

ABB səhmdarlarına dividend ödəyəcək

Bu il mayın 7-də “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, ümumi yığıncağın gündəliyinə ABB-nin kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi, 2024-cü ilin maliyyə nəticələrinə əsasən səhmdarlarına dividendin ödənilməsi və Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması daxildir.

Qeyd edilib ki, səsvermənin qiyabi şəkildə, Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Seçilən
23
3
apa.az

6Mənbələr