AZ

ABB səhmdarlarına dividend ödəyəcək - TOPLANTI

 07.05.2025-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;

2. 2024-cü ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;

3. “ABB” ASC-nin Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması.

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 15.04.2025-ci il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).

Seçilən
47
2
fed.az

6Mənbələr