AZ

AFFA klubları cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçlarında baş verənlər müzakirə olunub.

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda yarımfinalın “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 37);

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda yarımfinalın “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda yarımfinalın “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Sabah” klubu 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);

"Sabah"ın yay planı: Rusiyadan transfer

"Sabah"dan 40-cı qol, 5-ci səfər qələbəsi

“Qarabağ” Azərbaycan Kubokunda 75-ci səfər oyununu keçirib

“Araz-Naxçıvan”dan yubiley qolu

"İnter Mayami" Çempionlar Kuboku oyununda məğlub olub

Seçilən
62
6
apasport.az

10Mənbələr