AZ

“Neftçi” 1500, “Sabah” 4000 cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib. 

Azərbaycan Kuboku ½ final ilk oyunlar

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 37);

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Sabah” klubu 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);

Seçilən
95
9
futbolpress.az

10Mənbələr