AZ

"Mədəniyyət" qəzeti bağlandı

"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.

Bu barədə News365.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.

Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub.

Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.


Seçilən
146
16
news365.az

10Mənbələr