"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.Bu barədə AFN.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.