AZ

"Mədəniyyət" qəzetinin bağlanmasına RƏSMİ MÜNASİBƏT

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi qəzeti olan "Mədəniyyət" qəzetinin çapı dayandırılması ilə bağlı məsələyə aydınlıq gəlib.

BAKU.WS xəbər verir ki, Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzetin nəşri 2024-cü ilin dekabr ayından dayandırılıb.

"Mətbu orqan fəaliyyətini bundan sonra elektron formatda davam etdirəcək", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Seçilən
53
3
far.az

10Mənbələr