AZ

Kevin De Bruyne mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq

 

Bakı, 4 aprel, AZƏRTAC

Belçika millisinin futbolçusu Kevin De Bruyne bu mövsümün sonunda İngiltərənin “Mançester Siti” klubundan ayrılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Belçikalı yarımmüdafiəçi “şəhərlilər”lə başa çatan müqaviləsinin müddətini uzatmayacaq. Bu isə o deməkdir ki, 34 yaşlı oyunçu başqa komandaya azad agent kimi keçəcək.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ilin yayından Premyer Liqa təmsilçisində çıxış edir.

 

phrase_var_article.chosen
135
15
azertag.az

6phrase_var_article.sources