AZ

10 illik nağıl bitir: De Bruyne rəsmən açıqladı

Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək.

Vətəninfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

De Bruyne 2015-cı ildən çıxış etdiyi “şəhərlilər”lə müqaviləsinin müddətini uzatmayacaq.

Belçikalı futbolçu eyni zamanda”Siti” azarkeşlərinə emosional məktub yazıb:

“Əziz Mançester!

Bu məktubu görəndən sonra yəqin ki, söhbətin hara getdiyini başa düşdünüz. Ona görə də uzatmayacam və sizə deyəcəyəm ki, bunlar mənim “Mançester Siti” oyunçusu kimi son aylarım olacaq.

Bu haqda yazmaq asan deyil, amma futbolçu kimi hamımız bilirik ki, bu gün gec-tez gələcək. O gün gəldi. Və siz bunu ilk məndən eşitməyə layiqsiniz.

Futbol yanınıza, bu şəhərə gətirdi. Bu dövrün həyatımı dəyişəcəyini bilmədən arzumun arxasınca gedirdim. Bu şəhər, bu klub, bu insanlar… Onlar mənə hər şeyi verdilər. Əlimdən gələnin hamısını sizin üçün etməkdən başqa çarəm yox idi. Və bilirsiniz ki, biz hər şeyi qazandıq!

İstəsək də, istəməsək də vidalaşmağın vaxtıdır. Mançester mənim övladlarımın şəxsiyyət vəsiqəsində və ən əsası ailəmin hər bir üzvünün qəlbində əbədi olaraq qalacaq. Bura hər zaman bizim evimiz olacaq. Bu 10 illik macəra üçün şəhərə, kluba, heyətə, komanda yoldaşlarımıza, dostlarımıza və ailəmizə kifayət qədər təşəkkür edə bilmərik.

Ancaq hər hekayənin bir sonu var. Bu ən yaxşı dövr idi. Gəlin son anları birlikdə keçirək!

Böyük sevgilərlə, sizin Kevininiz”.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildə “Mançester Siti”yə Almaniyanın “Volfsburq” klubundan 76 milyon avroya transfer olunub. O, “Siti”də çıxış etdiyi dövrdə 6 dəfə Premyer Liqanın, 5 dəfə Liqa kubokunun, 2 dəfə Federasiya kubokunun, 2 dəfə İngiltərə superkubokunun və 1 dəfə Çempionlar Liqasının qalibi olub.publika.az

Seçilən
122
15
veteninfo.az

6Mənbələr