AZ

10 illik nağıl bitir: De Bruyne rəsmən açıqladı

Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

De Bruyne 2015-cı ildən çıxış etdiyi "şəhərlilər"lə müqaviləsinin müddətini uzatmayacaq.

Belçikalı futbolçu eyni zamanda"Siti" azarkeşlərinə emosional məktub yazıb:

“Əziz Mançester!

Bu məktubu görəndən sonra yəqin ki, söhbətin hara getdiyini başa düşdünüz. Ona görə də uzatmayacam və sizə deyəcəyəm ki, bunlar mənim "Mançester Siti" oyunçusu kimi son aylarım olacaq.

Bu haqda yazmaq asan deyil, amma futbolçu kimi hamımız bilirik ki, bu gün gec-tez gələcək. O gün gəldi. Və siz bunu ilk məndən eşitməyə layiqsiniz.

Futbol yanınıza, bu şəhərə gətirdi. Bu dövrün həyatımı dəyişəcəyini bilmədən arzumun arxasınca gedirdim. Bu şəhər, bu klub, bu insanlar... Onlar mənə hər şeyi verdilər. Əlimdən gələnin hamısını sizin üçün etməkdən başqa çarəm yox idi. Və bilirsiniz ki, biz hər şeyi qazandıq!

Seçilən
153
15
publika.az

6Mənbələr