Türkiyənin tarixi “Mehmed: Fetihler Sultanı” serialının çəkilişləri zamanı faciəvi hadisə yaşanıb.
News24.az Medianews.az-a istinadla xəbər verir ki, son yayımlanan bölümdə yer alan döyüş səhnələrinin çəkilişi zamanı bir neçə aktyor ciddi şəkildə xəsarət alıb.
Döyüş səhnələrinin inandırıcı olması üçün çox çalışan serial komandası gecəyə damğasını vurub. Bir çox aktyorlar çəkiliş zamanı xəsarət alıb.
Belə ki, serialda “Çandarlı” obrazını canlandıran tanınmış aktyor Selim Bayraktar çəkiliş zamanı əlindən xəsarət alıb. Digər bir aktyor – “İshak” obrazını oynayan Ərtoğrul Postoğlu isə menisk yırtığı ilə nəticələnən zədə alıb.
Bundan əlavə, çəkilişlərdə iştirak edən 10 aktyorun da qaşı yarılıb, bir çox köməkçi heyət üzvləri isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Serialın daha əvvəl yayımlanan bölümlərində Zağanos obrazını canlandıran Sinan Albayrak da ağır xəsarətlər almışdı.
Qeyd edək ki, serialın baş rolunda Serkan Çayoğlu canlandırır.