Yaponiyada dünya şöhrətli aktrisa xəstəxanada tibb bacısını döydüyü üçün həbs edilib.
Sfera.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Japan Today" məlumat yayıb.
Hadisə aprelin 7-nə keçən gecə baş verib. Belə ki, magistral yolda minik avtomobili yük maşınının arxasına çırpılıb. Avtomobili 2008-ci ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskar qazanan Jan Reno ilə “Vasabi” və “Keçmişlər” filmlərindəki rolları ilə tanınan məşhur aktrisa və müğənni Reko Hirosue idarə edirmiş.
44 yaşlı aktrisanın tibbi müayinəyə aparıldığı klinikada o, özünü əsəbi aparıb, səsini ucaldıb. Onlar Hirozu sakitləşdirməyə çalışanda o, tibb bacısını bir neçə dəfə təpikləyib. Bundan sonra aktrisa həbs edilib.
Onun günahını boynuna alıb-almadığı məlum deyil. Test onun qəza zamanı ayıq olduğunu göstərib.