“ABŞ-nin B-2 bombardmançılarının son hərəkətinin Tehrana bir mesaj olub-olmamasına qərar vermək İrandan asılıdır”.
Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
O, Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, mart ayında altı B-2 bombardmançı təyyarəsi ABŞ-nin Yəməndəki bombardman kampaniyası və İranla gərginliyin artması fonunda Hind okeanındakı Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi bazasına köçürülüb.
Daşqın HəsənovMissiya.Az