AZ

Ötən il üzrə BOKT-lər üzrə göstəricilər açıqlanıb

Bakı. Trend:

Ötən il bank olmayan kredit təşkilatları (BOKT) sektorununbalansı cəlb edilən vəsaitlərin xalis kredit portfelinəyönləndirilməsi fonunda genişlənib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, ölkədə fəaliyyətgöstərən BOKT-lərin cəmi aktivləri il ərzində 31% (235 milyonmanat) artaraq 993 milyon manat təşkil edib.

Məlumata görə, artımın əsas payçısı xalis kredit portfeli olub:"İl ərzində xalis kredit portfeli 28% (159 milyon manat) artıb ki,artım əsasən istehlak kreditləri hesabına formalaşıb. BOKT-lərinaktivlərinin artımı fonunda banklardan və digər maliyyəinstitutlarından cəlb edilmiş vəsaitlərin həcmi də artıb.

BOKT-lərin cəmi öhdəlikləri il ərzində 21% (94 milyon manat)artaraq 537 milyon manat təşkil edib ki, artım əsasən rezident vəqeyri-rezident bank və digər maliyyə institutlarının kreditləri (50milyon manat) hesabına formalaşıb. BOKT-lərin öhdəliklərininartımında digər öhdəliklərin də payı yüksək olub. 2023-cü illəmüqayisədə digər öhdəliklər 29% (48 milyon manat) artıb ki, bununda əsas hissəsini təsisçilərin BOKT-lərə verdiyi borclar təşkiledib".

Bildirilib ki, 2024-cü ildə istehlak kreditləri BOKT-lərinportfelində əsas yeri tutmaqda davam edib:

"İl ərzində kredit portfeli 35% (208 milyon manat) artaraq 808milyon manat olub. İstehlak kreditləri üzrə illik artım 41% (150milyon manat), ipoteka kreditləri üzrə 247% (31 milyon manat),biznes portfeli üzrə isə 12% (27 milyon manat) olub.

2024-cü ilin sonuna BOKT-lərin kredit portfelinin 63.4%-i (512milyon manat) istehlak kreditləri, 31.3%-i (253 milyon manat)biznes kreditləri, 5.3%-i (43 milyon manat) isə ipotekakreditlərindən ibarət olub. Biznes portfelinin 32%-i (80 milyonmanat) ticarət sahəsinə, 22%-i (55 milyon manat) kənd təsərrüfatısahəsinə, 20%-i (51 milyon manat) digər qeyri-istehsal və xidmətsahəsinə, 18%-i (46 milyon manat) nəqliyyat sahəsinə, 8%-i isə (21milyon manat) digər sahələrə verilmiş kreditlərindənibarətdir".

"Kredit portfelinin keyfiyyətində əvvəlki illə müqayisədəistehlak kreditləri üzrə pisləşmə olsa da, biznes kreditlərininkeyfiyyətində yaxşılaşma müşahidə olunur. 2024-cü ildə sektorunqeyri-işlək kredit (QİK) portfeli 51.7% artaraq 112.7 milyon manattəşkil edib. İl ərzində QİK əmsalı isə 1.6 faiz bəndi artaraq 13.9%olub. QİK portfeli istehlak kreditləri üzrə 4 faiz bəndi artaraq15.8%, biznes kreditləri üzrə 1.4 faiz bəndi azalaraq 12.5% olub",- məlumatda qeyd olunub".

Məlumata əsasən, regionlar üzrə kreditləşmə fəaliyyətindəBOKT-lər banklarla müqayisədə daha aktiv iştirak edir:

"2024-cü ildə BOKT-lərin kredit portfelinin 29%-ni iqtisadirayonlar üzrə verilmiş kreditlər təşkil edir. Bu göstərici banklarüzrə isə 23%-dir. BOKT sektoru üzrə mənfəətlilik yüksəlib. 2024-cüildə BOKT-lər yüksək mənfəətlilik (xalis mənfəət – 157 milyonmanat) əldə edib ki, bu da 2023-cü ilin Artan mənfəətlilik fonundasektorun kapital mövqeyində müsbət tendensiya davam edir. İlərzində BOKT-lərin kapitalı 45% (141 milyon manat) artaraq 456milyon manat təşkil edib.

Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorununmənfəət generasiyası hesabına olub. Belə ki, il ərzindəbölüşdürülməmiş mənfəət 2 dəfədən çox artaraq 231 milyon manat,nizamnamə kapitalı isə 18% (37 milyon manat) artaraq 241 milyonmanat təşkil edib".

"2024-cü ilin sonuna olan məlumatlara əsasən, Azərbaycandafəaliyyət göstərən BOKT-lərin sayı 57, kredit ittifaqlarının (Kİ)sayı isə 36 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarınınsayı 93 olub.

Son 2 ildə BOKT-lərin aktivlərinin yüksək artımı onların maliyyəvasitəçiliyi funksiyasında rolunu daha da artırmışdır. Bütövlükdəmaliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 1.6%təşkil etmişdir. 2024-cü il ərzində 4 BOKT-nin lisenziyası ləğvedilmiş, 3 BOKT-yə yeni lisenziya verilmişdir.

Hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki,onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. İlərzində ümumilikdə işçilərinin sayı 257 nəfər artaraq 3 546 nəfərə,filialların sayı isə 8 ədəd artaraq 304-ə çatıb", - deyə məlumatdaqeyd olunub.

Seçilən
191
1
az.trend.az

10Mənbələr