AZ

"Onları anlayıram, amma özüm də əsəbiyəm" - Angelos Postekoğlu

İngiltərə Premyer Liqasının (İPL) 20-ci turunda öz meydanında "Nyukasl"a məğlub olan (1:2) "Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini London təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Əlbəttə, uşaqlar üzgündürlər. Təbii ki, futbolçularımız yenilgiyə biganə qala bilməzlər. Onları anlayıram, amma özüm də əsəbiyəm. Çünki biz bu oyunda qələbəyə layiq idik".

Xatırladaq ki, "Tottenhem" "sağsağanlar"a yanvarın 4-də uduzub. 20 oyuna 24 xal toplayan paytaxt komandası hazırda İPL-in turnir cədvəlində 11-ci, "Nyukasl" isə 35 xalla 5-ci pillədə mövqe tutub.

Nihat

Seçilən
59
9
fanat.az

8Mənbələr