AZ

İran Krımın Rusiya ərazisi kimi tanınmasına dair sənədi imzalamaqdan İMTİNA ETDİ

Rusiya Federasiyası və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada növbəti 20 il üçün ikitərəfli münasibətləri tənzimləyən Hərtərəfli Tərəfdaşlıq Sazişi imzalayacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə “Middle East Eye” Tehrandakı müxbirinə və məlumatlı mənbələrə istinadən yazıb ki, sazişin əsas müddəalarından biri Birləşmiş Ərəb Əmirlikləri ilə 1971-ci ildən Tehranın nəzarəti altında olan Fars körfəzindəki üç ada üzərində mübahisəsi kontekstində İran üçün xüsusilə vacib olan ərazi bütövlüyü bəndidir. 

Bununla belə, sənəddə 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımın, eləcə də digər “mübahisəli ərazilər”in tanınması nəzərdə tutulmayıb.
 

Müqaviləyə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 47 maddə daxildir: texnologiya və kibertəhlükəsizlik; dinc nüvə enerjisi; terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə; ekoloji problemlər; çirkli pulların yuyulmasına qarşı mübarizə.


Sənəddə müdafiə məsələləri, o cümlədən hərbi mütəxəssislərin hazırlanması və birgə təşəbbüslərin həyata keçirilməsi də öz əksini tapıb. Bununla belə, bu cür layihələrin konkret təfərrüatları əlavə təsdiq tələb edəcək.

Bizim.Media

Seçilən
9
3
bizim.media

10Mənbələr