Əhali ötən il “Access Bank”dan 35 milyon manata yaxın vəsaiti geri çəkib.
XALQ.AZ bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, 2024-cü ildə bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,4% azalaraq 1 milyard 51,6 milyon manatdan 1 mlrd. 26,5 milyon manata enib.
Əhali bu il bankdan 34,98 milyon manat geri çəkib. Əvəzində şirkətlərin bankdakı əmanətləri 9,89 milyon manat artıb.
Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manat olduğu halda, ilin sonunda bu rəqəm 807,48 milyon manata kimi azalıb.