AZ

"Bavariya"nın futbolçusu üçün mövsüm başa çatdı

style='margin-bottom:10px;'>

Kanada millisinin və “Bavariya”nın futbolçusu Alfonso Deyvis üçün mövsüm erkən başa çatıb.

QOL.az xəbər verir ki, 24 yaşlı müdafiəçi KONKAKAF Millətlər Liqası çərçivəsində ABŞ-la matçda (2:1) zədə alıb. Bu barədə "Bild" məlumat yayıb.

Alfonso zədə səbəbindən təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, Deyvis Almaniya Bundesliqasının cari mövsümündə 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun Çempionlar Liqasında aktivində 9 oyun və 2 qol var.

Seçilən
53
1
teleqraf.com

7Mənbələr