AZ

Mədəniyyət naziri Saatlıda vətəndaşların müraciətini dinləyəcək

Bakı, 1 aprel, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli aprelin 3-də saat 10:00-da Saatlı rayon Gənclər evində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71A) Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşların müraciəti dinləyəcək.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

Vətəndaşlar aprelin 2-dək nazirliyin [email protected] elektron poçt ünvanı və (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

Seçilən
32
50
azertag.az

10Mənbələr