AZ

Messinin komandası Çempionlar Kuboku oyununda məğlub olub

Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun 1/4 final mərhələsinin ilk oyununda məğlub olub.

"Report"un məlumatına görə, komanda səfərdə ABŞ-nin digər təmsilçisi "Los Anceles"ə uduzub.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə bitib - 1:0. Yeganə qolu 57-ci dəqiqədə Natan Ordaz vurub.

"İnter Mayami"nin aparıcı oyunçuları - Lionel Messi, Luis Suares və Xordi Alba matça ilk "11-lik"də başlayıb və sonadək meydanda olublar.

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması aprelin 9-dan 10-na keçən gecə keçiriləcək.

Seçilən
72
30
report.az

10Mənbələr