AZ

AFFA-dan klublara cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçlarında baş verənlər müzakirə olunub.

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 37);

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Sabah” klubu 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);

İdman.biz

Seçilən
18
6
idman.biz

10Mənbələr