EN

Yanğınsöndürən təyyarə PUA ilə toqquşub

Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub, lakin yerə enə bilib. Hadisə nəticəsində Los-Anceles ərazisində uçuşlar məhdudlaşdırılıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.

"Los-Anceles dairəsinin Paliseyds rayonunda yanğınsöndürən təyyarə yanğını söndürərkən dronla toqquşub. FAA Los-Ancelesdə bir neçə müvəqqəti uçuş məhdudiyyəti tətbiq edib", - məlumatda bildirilib.

Məlumata görə, hadisə Kaliforniya yanğınsöndürənlərində cəmi iki ədəd olan “Canadair CL-415 Super Scooper” təyyarələrindən biri ilə baş verib. Toqquşma nəticəsində təyyarə sıradan çıxıb.

Bununla əlaqədar araşdırma başlanılıb.

Chosen
5
4
bakivaxti.az

7Sources