EN

İnsan alverinin qarşısını almağın yolu: QHT sədri nə təklif edir?

İnsan alveri, xüsusilə qadınlar və gənclər üçün ciddi təhlükə yaradır. Bu sosial problemin həlli üçün müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova maarifləndirmə və təhsilin önəmli rolunu qeyd edib.

QHT sədri bildirib ki, məktəblərdə, universitetlərdə və Gənclər mərkəzlərində insan alveri, məişət zorakılığı və bu tipli mövzularla bağlı məlumatlandırma proqramları təşkil olunmalıdır. Bu cür proqramlar, xüsusən qadınlar və gənclər üçün, onların bu hallarla üzləşdikləri zaman necə hərəkət etməli olduqlarını göstərmək məqsədi daşıyır.

Qadınlar və gənclər üçün hüquqi biliklərin artırılması istiqamətində maarifləndirmə kampaniyalarının keçirilməsinin vacib olduğunu vurğulayan Südabə Məmmədova belə kampaniyaların insan alverinə qarşı mübarizədə mühüm bir addım olduğunu qeyd edib. Onun sözlərinə görə, bu cür tədbirlər, həmçinin, risklərin qarşısını almağa və ictimaiyyətə yardım mərkəzləri haqqında daha geniş məlumat verməyə kömək edəcəkdir.

Südabə Məmmədova təlimlər və seminarlar keçirilməsinin də vacib olduğunu, beləliklə, geniş ictimaiyyətin insan alverinin riskləri haqqında daha çox məlumat əldə edəcəyini bildirib. "Bu, olduqca aktual və vacibdir," – deyə o əlavə edib.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.   

 

Pərvanə Fərhadqızı

Chosen
23
21
qht.az

10Sources