EN

NATO-nun baş katibi alyans ölkələrini Ukraynaya yardımı artırmağa çağırıb

“Alyans münaqişənin “səhv” kursunu dəyişmək üçün Ukraynaya yardımı azaltmaq əvəzinə, artırmalıdır”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte  Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda cəbhədə baş verənlər yanlışdır və dəyişdirilməlidir. Şimali Atlantika Alyansının rəhbəri həmçinin bəyan edib ki, Ukrayna münaqişəsi “geosiyasi” əhəmiyyət kəsb edir, ona görə də bütün Qərb ölkələri Ukraynanı dəstəkləməkdə iştirak etməyə borcludur.

Qeyd edək ki, yanvarın 22-də ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
19
50
editor.az

10Sources