EN

Peskov: ABŞ ilə bərabər şərtlərlə dialoqa hazırıq


\"Biz hər zaman bərabər şərtlərdə və qarşılıqlı hörmətlə dialoqa hazırıq\" 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın  sözçüsü Dimitri Peskov Trampın yeni sanksiya təhdidi ilə bağlı sualı cavablandırarkən deyib.
 
\"Burada heç bir yenilik görmürük. Tramp ilk prezidentlik dövründə sanksiya metodlarına ən çox müraciət edən Amerika prezidentlərindən biri idi. Bu onun ən sevdiyi üsuldur\". 

ABŞ-dan gələn açıqlamaları yaxından izlədiklərini vurğulayan Peskov, \"Biz hər zaman bərabər şərtlərdə və qarşılıqlı hörmətlə dialoqa hazırıq. Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında kiçik bir  dialoq oldu. Bu mövzuda hələ heç bir irəliləyiş yoxdur, lakin biz gözləyirik\" 
 
Cəmalə
Chosen
17
17
azxeber.com

8Sources