EN

İranda hökumət maaşları artmır- Ölkədə orta gəlir 150 dollardır

İranda 2024-cü maliyyə ilinin başa çatmasına iki ay vaxt qalmasına baxmayaraq, hökümət hələ də maaşları artırmaqda çətinlik çəkir.

GünazTV Teleqraf.com-a istinadən xəbər verir ki, inflyasiyanın 40%-ə çatdığı ölkədə maaşların artırılması ciddi problemlər yarada bilər. Dövlət sektorunun üstünlük təşkil etdiyi sistemdə daha yüksək əmək haqqı ödənişi üçün vəsait çatışmazlığı var.

Sıravi işçilər hazırda ayda 150 dollardan az gəlir əldə edirlər, halbuki rəsmi hesablamalara görə, üç nəfərlik bir ailənin əsas ehtiyaclarını ödəmək üçün ayda ən azı 450 dollar lazımdır. 2018-ci ildən etibarən İranın milli valyutası kəskin dəyərdən düşməyə davam edir. 

İqtisadçı professor Morteza Afqah Tehranın “Nameh News” saytına bildirib ki, İranın iqtisadi böhranı yalnız iqtisadi tədbirlərlə həll edilə bilməz, çünki onun əsas səbəbi xarici siyasətdədir.

Qeyd edək ki, bəzi qərb analitiklərin hesablamalarına əsasən İran Hizbullah və Həmas da daxil olmaqla Yaxın Şərqdəki onlarla proksi qüvvələrinə illik 1 milyard dollara yaxın maliyyə ayırır. 2012-2020-ci illər ərzində Suriyada Əsəd rejimini və digər terror təşkilatlarını ayaqda saxlamaq üçün 16 milyard dollar maliyyə yardımı ayırıb ki, bu da illik 2 milyard dollar deməkdir. Bu statistika bir daha sübut edir ki, İran rejimi səfalət içində yaşayan xalqın rifahını yaxşılaşdırmaqdansa, terror təşkilatları maliyyələşdirərək bütün dünyanın sabitliyini pozmağa üstünlük verir. 

visiontv.az



Chosen
20
50
visiontv.az

10Sources