EN

Peter Siyarto: Tramp Ukrayna münaqişəsinə son qoymaq istəyir

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymağı planlaşdırır və bu, onun üçün çox vacib məqsəddir...

Poliqon xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto ilə telefon danışığı zamanı bildirib.

"Həmkarım Rubio məni əmin etdi ki, prezident Donald Trampın çox mühüm məqsədi var - regionumuzda üç ildir davam edən münaqişəyə son qoymaq", deyə Siyarto bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi boyu Macarıstan təhlükəsizlik riskləri şəraitində yaşayıb və həm də böyük iqtisadi itkilərə məruz qalıb.

Siyarto vurğulayıb ki, Trampın uğur qazanması və münaqişəyə son qoyması Macarıstanın maraqlarına cavab verir. Rubio ona təsdiq etdi ki, bu, ABŞ-ın yeni prezidenti və onun administrasiyasının ən mühüm məqsədlərindən biridir.

Ötən həftə ABŞ prezidenti Donald Trampın 100 günlük sülh planı adlanan planı mediada yer alıb. Sənəd xüsusilə, aprelin 20-dən bütün cəbhə xətti boyunca atəşkəs elan edilməsini nəzərdə tutur. Həmçinin güman edilir ki, Ukrayna NATO-ya daxil olmayacaq, 2030-cu ilə qədər Aİ-yə daxil olacaq və itirilmiş əraziləri geri qaytarmaq cəhdlərindən əl çəkəcək.

Poliqon.info

Chosen
13
50
poliqon.info

10Sources