EN

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunmasını tələb edən qətnamə qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb olunub.

 

Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.

 

Hakim “Gürcü Arzusu” partiyası qeyd edilən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.

 

Chosen
4
9
senzor.az

10Sources